Samuel Eto və Lassana Diarra Bakıya səfər edib
Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto və tanınmış futbolçu Lassana Diarra Bakıda keçirilən U-15 dünya çempionatı üçün ölkəmizə gəliblər.

Oktyabrın 26-da Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı çərçivəsində tanınmış futbol simaları paytaxtımıza gəliblər. Azərbaycana səfər edənlər arasında Kamerun Futbol Federasiyasının prezidenti, "Barselona"nın sabiq hücumçusu Samuel Eto və Fransa millisinin, həmçinin "Real Madrid"in keçmiş yarımmüdafiəçisi Lassana Diarra yer alıb.
Dünya futbolunun məşhur simalarının ölkəmizə gəlişi U-15 dünya çempionatı və festivalının təşkil olunması ilə bağlıdır. Qonaqlar tədbir çərçivəsində keçirilən proqramlarda iştirak edəcəklər.
Mənbə: GettoSport
Dünya çempionatı
Real Madrid
Barselona
Fransa millisi


