San Dieqo Kevin De Bruyne transferi üçün danışır
San Dieqo klubu Napoli yarımmüdafiəçisi Kevin De Bruyne-ni transfer etmək üçün danışıqları bərpa edib.

ABŞ-nin "San Dieqo" klubu "Napoli"nin yarımmüdafiəçisi Kevin De Bruyne-ni heyətinə qatmaq istiqamətində danışıqları yenidən başladıb. Tərəflər gələn yanvar transfer pəncərəsində baş tutması ehtimal olunan keçidlə bağlı əlaqələri gücləndiriblər. Bu barədə Offsideplus.az məlumat yayıb.
İtaliya təmsilçisi "Napoli" oyunçunun müqaviləsində yer alan 1 illik uzatma bəndini aktivləşdirməmək qərarına gəlib. Bunun nəticəsində təcrübəli futbolçunun mövcud sözləşməsi 2027-ci ilin iyun ayına qədər qüvvədə qalacaq.
Yaranmış vəziyyət fonunda tərəflərin növbəti addımları da məlum olub. Kevin De Bruyne-nin nümayəndələri noyabr ayında milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə zamanı "San Dieqo" rəsmiləri ilə şəxsi görüş keçirəcəklər.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
Kevin De Bröyne
Napoli


