Tako Fall Ceylen Braunla yenidən komanda yoldaşı olur
"Filadelfiya Seventi Siksers"in mərkəz oyunçusu Tako Fall sabiq komanda yoldaşı Ceylen Braunla yenidən bir arada çıxış edəcəyindən danışıb.

"Filadelfiya Seventi Siksers"in mərkəz oyunçusu Tako Fall Ceylen Braunla yenidən eyni klubda forma geyinəcəyi üçün məmnun olduğunu bildirib.
Basketbolçu sabiq komanda yoldaşı ilə illər ərzində möhkəm dostluq əlaqələri qurduğunu vurğulayıb:
"Ceylen mənim qardaşımdır. Bu illər ərzində aramızda əla münasibət yaranıb, hətta mən komandada olmayanda belə. O, ailəmizin bir üzvüdür, ikinci qızımın xaç atasıdır. Bütün bu illər ərzində münasibətlərimiz həqiqətən gözəl olub. Şəxsən mən çox xoşbəxtəm ki, yenidən birgə oynamaq imkanımız olacaq".
Fall NBA karyerasına başladığı dövrdə, 2019–2021-ci illərdə "Boston Seltiks"in heyətində Braunla iki mövsüm yanaşı mübarizə aparıb.
Mənbə: GettoSport
BU XƏBƏRDƏ
Seltik


