Tibo Kurtua El Klasiko öncəsi qələbə hədəflədiklərini bildirdi
Real Madridin qapıçısı Tibo Kurtua Barselona ilə qarşıdakı oyun barədə fikirlərini bölüşərək komandanın qələbə üçün meydana çıxacağını söylədi.

“Real Madrid”in qapıçısı Tibo Kurtua La Liqanın 10-cu turu çərçivəsində “Barselona”ya qarşı keçiriləcək “El Klasiko” öncəsi iddialı açıqlamalar verib.
Turnir cədvəlinə başçılıq edən “Barselona” indiyədək oynadığı 9 matçın hamısında qələbə qazanıb. “Real Madrid” isə liderdən 6 xal geri qalır. Belçikalı qolkiper qarşılaşma barədə danışarkən şansların həmişə bərabər olduğunu vurğulayıb:
“Düşünürəm, biz bu oyuna tam hazırıq. El Klasiko həmişə xüsusi qarşılaşmadır. Bəzən bir komanda daha yaxşı formada olur, amma belə oyunlarda şanslar həmişə bərabərdir. „Real Madrid“ heç vaxt El Klasikoya autsayder kimi çıxmamalıdır. Bazar günü mütləq qalib gəlməliyik.”
Kurtua keçmiş xatirələrini xatırladaraq əvvəllər bu oyunları televiziyadan izlədiyini, “Atletiko” və “Çelsi”də çıxış edərkən də matçları səbirsizliklə gözlədiyini bildirib. O, komandadakı heyət keyfiyyətinə də toxunub:
“Bəzən El Klasikoda ulduz oyunçular çatışmırdı. İndi isə bizdə Mbappe, Vinisius, Bellinqem, „Barselona“da isə Rafinyo və Yamal var. Lamin çox istedadlı futbolçudur, əla çıxış edir. El Klasiko həmişə gərgin və prinsipial qarşıdurmadır. Son illərdə bəzi oyunlarda onlar bizə çətin anlar yaşadıblar. İndi bizim üçün əsas məsələ layiqli cavab verməkdir. „Barselona“ hazırda çox yaxşı formadadır. Yaxşı ki, biz də ritm tapmışıq və hazırda zirvədəyik.”
Mənbə: GettoSport
Barselona
Real Madrid
Kilian Mbappe
Lamin Yamal
La Liqa
Çelsi
Vinisius Junior
Atletiko Madrid
Cud Bellinqem


