Mbappe zarafatı Real Madridin Çində yayımını itirdirdi
Kilian Mbappenin Mao Tszedunla əlaqəli zarafatı Çində narazılıq yaradıb; Migu platforması 1 noyabrdakı Rasinq–Real Madrid oyununu yayımdan çıxarıb.

29 oktyabr 2026 — Kilian Mbappenin internetdə yayılan və Mao Tszedunun təsviri ilə əlaqələndirilən zarafatı Çində La Liqa yayımına məhdudiyyət gətirib: Migu platforması noyabrın 1-də keçiriləcək Rasinq–Real Madrid matçını yayımdan çıxarıb.
Migu-nun təxminən 400 milyon istifadəçisi var və həftəsonu La Liqanın digər oyunlarını yayımda göstərməyi planlaşdırsa da, mənbələr bildirir ki, platforma Real Madridlə bağlı materialların əksəriyyətini sistemiindən silib. Səhifədə yalnız Mbappenin üzr istəməsi barədə video qalmaqda davam edir.
Hadisə fransız hücumçunun internetdə yayılan şəkli zarafatla şərh etməsi ilə başlayıb; həmin kollajda Mbappenin üzünü Mao Tszedunun təsviri ilə birləşdiriblər. Mbappenin sonrakı üzr müraciətinə baxmayaraq, Çində narazılıq davam edib və ölkənin dövlət yayım qrupu La Liqa oyunlarının nümayişini dayandırmışdı.
Qeyd edək ki, Rasinq–Real Madrid qarşılaşması La Liqanın 11-ci turu çərçivəsində 1 noyabr 2026-cı il tarixində keçiriləcək.
Mənbə: GettoSport
Kilian Mbappe
Real Madrid
La Liqa


