Sebastyan Fettel Ferrari-də uğursuzluq qorxusunu etiraf etdi
Sebastyan Fettel ARD-də yayımlanan sənədli filmdə Ferrari dövrünü xatırlayaraq komanda daxilində uğursuzluq qorxusunun böyük olduğunu və əyləncənin itdiyini…

29 oktyabr 2026 — Sebastyan Fettel ARD telekanalında yayımlanan Being Sebastian Vettel sənədli filmində Ferrari-də keçirdiyi dövrə dair açıq söhbətlər aparıb və komanda daxilində uğursuzluq qorxusunun çox böyük olduğunu bildirib.
Fettel 2015–2020-ci illərdə Ferrari üçün çıxış edib, komanda ilə iki dəfə ikinci, bir dəfə isə üçüncü yerə sahib olub və ümumilikdə 14 yarış qələbəsi qazanıb. Sənədli filmdə o, Ferrari qarısında iş mühiti, təzyiq və qarşıya qoyulan gözləntilərin bəzən işi çətinləşdirdiyini vurğulayıb.
Alman pilot komandanın əyləncə hissinin itirildiyini, bununla bağlı öz təşəbbüsünü — boksda italyan musiqilərinin səslənməsi üçün dinamik gətirməsini — xatırladıb. Fettel deyib ki, bu ideya ilk vaxtlar qəbul edilməyib və dinamikdən istifadə qadağan olunub: “Bilmirəm, dinamik hələ də oradadır, ya yox. Amma əvvəlcə ondan istifadə etmək qadağan idi”.
Fettel təzyiq altında yaranan vəziyyəti belə şərh edib: “Təzyiq və bütün bu gözləntilər fonunda uğursuzluq qorxusu çox böyük idi. Öz-özümə soruşurdum: ‘Yarış yaxşı keçməsə, bazar ertəsi nə olacaq? Hamı üzərimə gələcək?’ Bir təşkilat olaraq həddindən artıq tərəddüdlü və çəkingən davrandıq. Buna görə də fürsətləri əldən verdik”.
Almaniyalı pilotun Ferrari ilə əməkdaşlığı 2020-ci il mövsümündən sonra başa çatıb; komanda onun müqaviləsini yeniləməyərək Karlos Saynsı heyətə cəlb edib. Fettel sənədli filmdə həmin ayrılığın ona necə təsir etdiyini də etiraf edib: “Həmin an müqaviləmin uğursuz olduğum üçün yenilənmədiyini başa düşdüm. Uzun müddət özümü günahlandırdım”.
Mənbə: GettoSport



