Mançester Siti transferlərdən ən çox dəyər qazandı
29 oktyabr 2026 — Son beş ildə Premyer Liqa klublarının transfer etdiyi oyunçuların bazar dəyəri üzrə araşdırma aparılıb; Mançester Siti 447 milyon funt…

29 oktyabr 2026 — Son beş ildə (2021–2026) İngiltərə Premyer Liqası klublarının transfer etdikləri futbolçuların bazar dəyərində baş verən dəyişiklikləri əks etdirən statistika yayımlanıb. Siyahıda Mançester Siti ən yüksək artımı göstərib, Mançester Yunayted isə ən böyük dəyər itkisindədir.
Araşdırmaya görə, Mançester Siti heyətinə cəlb etdiyi oyunçuların bazar dəyərində 447 milyon funt sterlinqlik artım qeydə alınıb — bu, təxminən 1 milyard 12 milyon manat məbləğinə bərabər göstərilib. İkinci yerdə 349 milyon funtla Bornmut, üçüncü yerdə isə 323 milyon funtla Brayton dayanır.
Dördüncü və beşinci yerləri müvafiq olaraq 302 milyon funt artımla Brentford və 290 milyon funt artımla Sanderlend tutub. Digər müsbət göstəricilər arasında Çelsi 179 milyon, Aston Villa 162 milyon və Arsenal 110 milyon funt artımla yer alıb.
Hesabat həmçinin göstərir ki, Premyer Liqanın yalnız dörd klubunda 2021-ci ildən bəri transfer etdiyi oyunçuların bazar dəyəri mənfidədir. Onlardan biri Tottenhem olub — London klubunun transfer etdiyi oyunçuların dəyərində 188 milyon funt azalma qeydə alınıb. Ən pis göstərici isə Mançester Yunaytedədir: klubun 2021–2026 dövründə transfer etdiyi futbolçuların bazar dəyərində 405 milyon funt sterlinqlik azalma müəyyən edilib.
Qeyd edilir ki, bu rəqəmlər klubların faktiki transfer gəlirlərini deyil, oyunçuların bazar dəyərinin dəyişməsini əks etdirir.
Mənbə: GettoSport
Mançester Siti
Misli Premyer Liqa
Mançester Yunayted
Arsenal
İngiltərə Premyer Liqası
Çelsi
Tottenhem
Aston Villa


