Timoteuş Puxaç gələcəkdə Lexə qayıtmaq istədiyini təsdiqlədi
Sabahın müdafiəçisi Timoteuş Puxaç Meczyki ilə müsahibəsində gələcəkdə yetirməsi olduğu Lex klubu ilə yenidən birləşmək istədiyini və İngiltərə Premyer…

11 noyabr 2026 — Sabah klubu ilə çıxış edən müdafiəçi Timoteuş Puxaç gələcəkdə yetirməsi olduğu Lexə qayıtmaq istədiyini açıqlayıb. O, bu fikrini Polşa nəşri Meczyki-yə verdiyi müsahibədə ifadə edib və jurnalistin sualına iki dəfə “Əlbəttə, əlbəttə” cavabını verib. Bu barədə Sportinfo.az məlumat yayıb.
Puxaç Lexi “inanılmaz dərəcədə inkişaf edən klub” adlandırıb və orada keçirdiyi çətin dövrləri xatırlayıb: “Klub böhran yaşadığı vaxt orada çıxış edirdim. Birlikdə bu vəziyyətdən çıxdıq, gənc futbolçuların inkişafına kömək etdik və Avropa Liqasına vəsiqə qazandıq.”
27 yaşlı müdafiəçi həmçinin Inglitərə Premyer Liqasında da özünü sınamaq istədiyini bildirib.
Puxaçın karyera göstəricilərindən də bəhs olunub: o, Lexin əsas komandasında 82 oyun keçirib, 7 qol vurub və 12 məhsuldar ötürmə edib. 2021-ci ildə Berlin Unionuna transfer olunan futbolçu daha sonra Trabzonspor, Panatinaikos, Kayzerslautern, Holşteyn Kiel və Plimutda çıxış edib.
Timoteuş Puxaç 2025-ci ildən Bakı təmsilçisi Sabahda oynayır və onun klubla müqaviləsi 2029-cu ilin iyununa qədərdir.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport
Misli Premyer Liqa
Sabah
Avropa Liqası
Trabzonspor


