Tomas Bertold Almaniya prezidentliyinə namizəd olub
1990-cı ilin dünya çempionu, sabiq futbolçu Tomas Bertold Almaniya prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.

Almaniya millisinin sabiq müdafiəçisi, 1990-cı ilin dünya çempionu Tomas Bertold ölkəsinin prezidenti postuna namizədliyini irəli sürüb. 14 noyabr 2026-cı il tarixində Berlində keçirilən qapalı toplantıda "Alternativ üçün Almaniya" partiyası keçmiş futbolçunu öz namizədi kimi rəsmən təqdim edib. Tədbirdə partiyanın federal və əyalət səviyyəsində təmsil olunan 30 siyasətçisi iştirak edib. Bu barədə Offsideplus.az və Sportinfo.az məlumat yayıb.
Karyerası ərzində "Roma" və "Bavariya" kimi klubların şərəfini qorumuş Bertoldun seçkilərdə qalib gəlmək şansı aşağı qiymətləndirilir. Belə ki, Xristian-Demokrat və Xristian-Sosial İttifaqları Bavariya Landtaqının sədri İlze Ayqneri vahid namizəd kimi irəli sürüb. Ayqner həmçinin Almaniya Sosial-Demokrat Partiyası və "Yaşıllar" tərəfindən də dəstəklənir.
Qeyd edək ki, hazırkı federal prezident Frank-Valter Ştaynmayerin varisi 2027-ci il yanvarın 30-da keçiriləcək seçkilərlə müəyyən ediləcək.
Mənbə: Offsideplus.az, Sportinfo.az
Hazırladı: GettoSport
Bavariya
Almaniya millisi
Roma


