Toral Bayramov millidəki çıxışı ilə Bursasporda şans qazandı
Toral Bayramovun Azərbaycan millisindəki oyunları Türkiyə mətbuatında heyətə qaytarıla biləcəyi haqda yazılara səbəb olub; yoldaşlıq və Millətlər Liqası…

Toral Bayramovun Azərbaycan millisindəki son çıxışları Türkiyə mətbuatında 25 yaşlı cinah oyunçusunun Bursaspordakı mövqeyinə təsir göstərə biləcəyi barədə yazılara səbəb olub. Transfer və klub səviyyəsində gedən müzakirələrdə futbolçunun millidəki forması önə çıxarılır.
Bayramov yoldaşlıq görüşündə Tacikistana vurduğu qələbə qoluyla yadda qalıb. Millətlər Liqasında Litva ilə matçda 30 dəqiqə, Lixtenşteynlə qarşılaşmada isə tam 90 dəqiqə meydanda olub.
Son görüşündə Bayramovun statistik göstəriciləri də diqqət çəkib: 3 zərbə, 4 açar ötürmə və 83 faiz ötürmə dəqiqliyi.
Türkiyə mətbuatında yazılanlara görə, əvvəl Bursada azarkeşlərin onu istəmədiyi qeyd olunur, lakin millidəki performansı klubdakı fikrin “qismən dəyişdiyini” göstərir. Məqalələrdə vurğulanır ki, əgər Bayramov bu formunu klub səviyyəsinə daşıya bilsə, Bursaspor üçün faydalı ola bilər: “O, millisində daha təcrübəli və keyfiyyətli görünür. Bu çıxışı kluba da daşıya bilsə, Bursaspora böyük fayda verər”.
Toral Bayramov
Millətlər Liqası


