Toral Bayramov Türkiyə Birinci Liqasında ən dəyərlilər sırasındadır
Azərbaycan millisinin və Bursasporun müdafiəçisi Toral Bayramov Türkiyə Birinci Liqasının ən dəyərli dördüncü futbolçusu statusunu qoruyub.

Türkiyə Birinci Liqasında çıxış edən oyunçuların bazar dəyərləri yenilənib. "Transfermarkt" portalının açıqladığı son rəqəmlərə əsasən, Azərbaycan millisinin və "Bursaspor"un üzvü Toral Bayramov siyahının ön sıralarında qərarlaşıb.
25 yaşlı müdafiəçinin transfer qiyməti 1,8 milyon avro (3 milyon 437 min 100 manat) təşkil edir. Futbolçu əvvəlki göstəricisi ilə müqayisədə 200 min avro (381 min 900 manat) dəyər itirməsinə baxmayaraq, liqanın ən dəyərli dördüncü futbolçusu adını qoruyub saxlayıb.
Siyahıda Bayramovu yalnız klubdakı komanda yoldaşları üstələyir. Bunlar müvafiq olaraq 2,8 milyon avro ilə Keleçi İheanacho, 2,7 milyon avro ilə Linkoln Enrike və 2,2 milyon avro dəyəri olan Yürgen Elitimdir.
Xatırladaq ki, Toral Bayramov 2026-cı ilin yay transfer pəncərəsində "Qarabağ"dan "Bursaspor"a transfer olunmuşdu.
Toral Bayramov
Azərbaycan millisi
Qarabağ
Enrike


