GETTOSPORT

Turan ev oyunu üçün biletləri pulsuz paylayır

Tovuzda oktyabrın 20-də Mladost-Zaqreb ilə keçiriləcək Çempionlar Liqası oyununa Turan klubunun biletləri azarkeşlərə oktyabrın 10-dan etibarən pulsuz…

GettoSport redaksiyası••1 dəq oxu
Tovuz Olimpiya İdman Kompleksində voleybol oyunu üçün hazırlanmış arena və azarkeşlər
Foto: Sportinfo.az

Qadın voleybol komandası Turan oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində Xorvatiyanın Mladost-Zaqreb komandası ilə keçiriləcək CEV Çempionlar Liqası ev oyununa biletləri azarkeşlərə pulsuz paylayacaq.

Klubun məlumatına görə, biletlər oktyabrın 10-dan etibarən həmin idman qurğusundan ödənişsiz əldə oluna biləcək. Qarşılaşma üçün ümumilikdə 1500 bilet nəzərdə tutulub.

Arenanın tutumunu aşan azarkeşlərin də oyunu canlı izləyə bilməsi üçün kompleksin həyətində böyük monitor quraşdırılacaq. Bundan başqa, görüşdən əvvəl azarkeşlər üçün geniş konsert proqramı təşkil olunacaq.

Tədbirlə bağlı əlavə məlumatların yaxın günlərdə açıqlanacağı bildirilib.

Bu xəbərdə

Son xəbərlər