Turan voleybol klubu Çempionlar Liqasında debüt edir

Azərbaycanın qadın voleybolçulardan ibarət Turan klubu CEV Çempionlar Liqasının əsas mərhələsində ilk matçına İtaliyada çıxacaq.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Turan voleybol komandasının oyunçuları məşqdə
Foto: Offsideplus.az

Qadın voleybolçulardan ibarət "Turan" klubu CEV Çempionlar Liqasının əsas mərhələsində debüt oyununa çıxmağa hazırlaşır. Ölkəmizi bu nüfuzlu turnirdə təmsil edən kollektiv səfərdə İtaliyanın tanınmış "Savino Del Bene Skandiççi" komandası ilə qüvvəsini sınayacaq. Bu barədə Offsideplus.az məlumat yayıb.

Noyabrın 25-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. Çətin səfər matçında əsas mərhələdəki ilk xalları qazanmağı hədəfləyən təmsilçimizin oyununu "İdman TV" kanalının əsas efirindən və "YouTube" platformasından canlı izləmək mümkün olacaq.

Mənbə: Offsideplus.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər