Usman Nurmaqomedov sosial mediaya qayıtdı və paylaşım etdi
Keçmiş PFL çempionu Usman Nurmaqomedov noyabrın 11-də Əbu-Dabidə baş verən hadisədən sonra ilk dəfə sosial şəbəkədə qara-ağ foto və Toni Montananın monoloqunu…

20 noyabr 2026, Cümə (Bakı vaxtı) Bu barədə Offsideplus.az məlumat yayıb.
Keçmiş PFL çempionu Usman Nurmaqomedov uzun fasilədən sonra sosial şəbəkədə paylaşım edib. Bu, onun 11 noyabrda Əbu-Dabidə Merab Dvalişvili ilə baş verən insidentdən sonra ilk ictimai çıxışıdır.
Nurmaqomedov qara-ağ fotonu və Toni Montananın "pis oğlan" haqqında monoloqunu musiqi ilə birlikdə yayımlayıb.
"Niyə baxırsınız? Hamınız axmaqsınız. Bilirsiniz niyə? Çünki istədiyiniz kimi olmağa cəsarətiniz çatmır. Sizin mənim kimi adamlara ehtiyacınız var. Ona görə ki, barmaqla göstərib deyəsiniz: 'Baxın, pis budur.' Bəs özünüz necə, yaxşısınız? Çətin. Sadəcə yaxşı rolunu oynamağı, yalan danışmağı bacarırsınız. Mənim isə belə bir vərdişim yoxdur."
Məlumatlara görə, oteldə baş vermiş dava zamanı polis 10 nəfəri saxlamış, 8 nəfərə həbs cəzası verilmişdi. 17 noyabrda bütün iştirakçılar azadlığa buraxılıb. Usman və dostları cəza alsalar da, sonradan azad edilərək deportasiya olunublar.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport



