Usman Nurmaqomedovun komandası Dubaydakı davada məhkum edildi

Dubay məhkəməsi kütləvi davada təqsirləndirilənlərə həbs və cərimə verdi; 6 nəfər 6 ay həbs, 300 min AED cərimə və deportasiya ilə üzləşdi, Dvalişvili və Saba…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Dubay məhkəməsi binası və ya məhkəmə iclası zalı
Foto: Offsideplus.az

13 noyabr 2026 — Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş vermiş kütləvi davaya görə məhkəmə hökmünü açıqlayıb. İşi USMAN Nurmaqomedovun komandası ilə Merab Dvalişvili və onun dostunun iştirakı ilə baş vermiş dava əhatə edib. Bu barədə Offsideplus.az məlumat yayıb.

Məhkəmə qərarına əsasən, ümumilikdə altı nəfərə hərəyə 6 ay həbs cəzası kəsilib, onlara həmçinin 300 min BƏƏ dirhəmi (AED) məbləğində cərimə tətbiq olunub və bu şəxslərin BƏƏ-dən deportasiyasına qərar verilib.

Digər iki şəxs ictimai asayişin pozulması və başqalarına fiziki xəsarət yetirmək ittihamına görə hər biri 50 min dirhəm cərimə olunub.

İş üzrə 9-cu və 10-cu təqsirləndirilən şəxslər şəxsi həyatın toxunulmazlığını pozmaq, təhqiramiz ifadələr işlətmək və dava görüntülərini lentə alaraq yaymaqda təqsirli biliniblər. Onlara da hərəsi 6 ay həbs və 300 min dirhəm cərimə cəzası verilib və deportasiya qərarı çıxarılıb.

Məhkəmə iclasında bildirilir ki, Merab Dvalişvili və onun dostu Saba sərbəst buraxılıblar.

Mənbə: Offsideplus.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər