Valdas Dambrauskas üçün Fənərbağça təklifi olmayıb

Sabah futbol klubunun mətbuat katibi Elnur Həmidov bildirib ki, Fənərbağça Dambrauskas üçün rəsmi təklif göndərməyib; litvalı mütəxəssis geçen yazdan…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Valdas Dambrauskas "Sabah" klubunda məşq zamanı
Foto: Offsideplus.az

02 noyabr 2026 — Son günlər xarici mediada yayılan xəbərlərdə "Sabah"ın baş məşqçisi Valdas Dambrauskasın İstanbulun Fənərbağça klubu ilə adının hallanması yer alıb. Klubdan verilən açıqlamaya görə, bu iddialar rəsmi təsdiq tapmayıb. Bu barədə Offsideplus.az məlumat yayıb.

"Sabah"ın mətbuat katibi Elnur Həmidov saytımıza bildirib: "Kluba heç bir rəsmi təklif olmayıb." Həmidovun sözlərinə əsasən, klub bu məzmunlu hər hansı yazılı və ya şifahi təklif almayıb.

Qeyd edək ki, Valdas Dambrauskas ötən mövsümün yayından etibarən "Sabah"ın baş məşqçisidir.

Mənbə: Offsideplus.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər