Vinisius Junior Sudanlı qaçqına dəstək verdi və dəvət etdi
Real-ın oyunçusu Vinisius Junior Sudanlı qaçqına mənəvi dəstək göstərib, ona protezlərlə yenidən futbol oynamağı arzulayıb və Santyaqo Bernabeuya dəvət edib.

12 noyabr 2026 — Real Madridin hücumçusu Vinisius Junior Sudanlı qaçqınla əlaqə saxlayaraq ona mənəvi dəstək göstərib. Gəncin ölkəsində uzun müddət davam edən münaqişə nəticəsində hər iki ayağını itirdiyi xəbər verilib. Bu barədə Sportinfo.az məlumat yayıb.
Vinisius gəncin hekayəsindən xəbər tutduqdan sonra ona ünvanladığı mesajda yazıb: “Hekayəni eşitdim. Son bir neçə ayın sənin üçün nə qədər çətin keçdiyini bilirəm. Sən zəhmətkeş, qaradərili bir insansan. Ümid edirəm ki, protezlərindən maksimum yararlana, yenidən futbol oynaya və xoşbəxtliyə qovuşa bilərsən. Sən buna layiqsən”.
Braziliyalı futbolçu həmçinin həmin gənci Santyaqo Bernabeu stadionuna dəvət edib.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport
Vinisius Junior
Real Madrid


