GETTOSPORT

Virgil van Dijklə müqavilə təxirə salındı — şərt qoyuldu

Liverpool Van Dijkə yeni müqavilə təklif etməyə hazırdır, amma müdafiəçidən yüksək səviyyəli oyununu davam etdirməsi tələb olunur; qərar təxirə salınıb.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Virgil van Dijk Liverpool forması ilə meydanda
Foto: Sportinfo.az

8 oktyabr 2026 — İngiltərə Premyer Liqası təmsilçisi Liverpool klubu müdafiəçisi Virgil van Dijkə yeni müqavilə imzalamağa hazırdır, lakin qərar şərtə bağlanıb və hələlik təxirə salınıb.

Football Insider-ə istinadən yayılan məlumata görə, Merseysayd klubu 35 yaşlı holland müdafiçiyə müqavilə təklif edə bilər, amma bunun üçün Van Dijkin yüksək səviyyəli çıxışını davam etdirməsi tələb olunur. Baş məşqçi Andoni İraola isə futbolçunu hələ də layihəsinin əsas fiqurlarından biri hesab edir.

Klub rəhbərliyi müqavilə məsələsində hələ qərar verməyib. Eyni zamanda digər klubların Van Dijkə maraq göstərdiyi və onun təsirli oyunlarının Liverpoolu bu məsələdə daha sürətli qərar verməyə sövq edə biləcəyi qeyd olunur.

Bu mövsüm Van Dijk bütün turnirlər daxil olmaqla 6 oyunda meydana çıxıb.

Paylaş

Son xəbərlər