Xetaq Karsanov Las-Veqasda dörddəbir finala yüksəldi
Las-Veqasda keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatının beşinci günündə Xetaq Karsanov 125 kq-da 10:0 hesabı ilə qalib gələrək dörddəbir…

17 oktyabr 2026 — ABŞ-ın Las‑Veqas şəhərində keçirilən 23 yaşadək sərbəst güləşçilər arasında dünya çempionatının beşinci günündə Azərbaycan yığmasının beş üzvü xalça üzərinə çıxıb. 125 kq çəki dərəcəsində Xetaq Karsanov yaponiyalı Toyoki Hamadanı 10:0 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib.
Digər nəticələr belə olub:
- 86 kq — Səbuhi Əmiraslanov ilk görüşdə qırğızıstanlı Visxan Adayevə 8:3 qalib gəlib, səkkizdəbir finalda rusiyalı Arsen Balayana 1:9 hesabı ilə uduzub.
- 61 kq — Ceyhun Allahverdiyev səkkizdəbir finalda türkiyəli Tolqa Özbəylə 7:7 hesablı görüşdə xalların keyfiyyətinə görə məğlub sayılıb.
- 74 kq — Ağanəzər Novruzov təsnifat mərhələsində hindistanlı Adarş Patilə 6:8 hesabı ilə uduzub.
- 92 kq — Anar Cəfərli səkkizdəbir finalda rusiyalı Arslan Baqayevə 0:10 hesabı ilə məğlub olub.
Hazırda Azərbaycan komandasının aktivində üç medal var: Elmir Əliyev (60 kq) və Günay Qurbanova (59 kq) gümüş, Ruslan Nurullayev (77 kq) isə bürünc medal qazanıb.
Dünya çempionatı oktyabrın 18-də başa çatacaq.
Mənbə: GettoSport
BU XƏBƏRDƏ
Dünya çempionatı
Azərbaycan millisi


