Xorxe Masvidal UFC-ni döyüşçülərə daha çox ödəməyə çağırdı
Veteran döyüşçü Xorxe Masvidal UFC-dən illik gəliri 1,3 milyard dollar olan təşkilatın döyüşçülərə, xüsusən Şon Striklendə daha yüksək qonorar ödəməsini tələb…

9 oktyabr 2026, Cümə.
UFC-nin tanınmış döyüşçüsü Xorxe Masvidal təşkilatı döyüşçülərə daha yüksək qonorar verməyə çağırıb və Şon Striklendə təklif olunan məbləği müdafiə edib. Masvidal bildirib ki, UFC yaxşı maddi vəziyyətdədir və döyüşçülərə daha ədalətli ödəniş edilməlidir.
Masvidal təşkilatın illik gəlirinin 1,3 milyard dollar olduğunu xatırladaraq, Striklend kimi idmançıların daha çox qazanc əldə etməsinin vacibliyini vurğulayıb. O, Striklendin şirkətdə ən böyük ulduz olmaya bilər, amma ilk üçlükdə olduğunu və maraqlı, mübahisəli şəxsiyyət olduğunu bildirib.
“Bu vəziyyəti eşitmək mənə xoş deyil. UFC yaxşı vəziyyətdədir, şirkət ildə 1,3 milyard dollar qazanır. Niyə bu oğlana [Striklendə] pul ödəyə bilmirsiniz? Ola bilsin, o, şirkətdə ən böyük ulduz deyil, amma mütləq ilk üçlükdədir. O, çox mübahisəli və maraqlı bir şəxsiyyətdir. Hazırda UFC çempionudur. Niyə qonorarından narazıdır? Mən həmişə döyüşçülərin tərəfində olacağam. UFC, bu idmançılara daha çox pul ödəyin. Onlar heç vaxt Ceyk Pol kimi boksçularla döyüşmək barədə düşünməməlidirlər”.
Qeyd edilir ki, Şon Striklendlə Nassurdin İmavov arasında döyüş 2027-ci ilin yanvarında keçirilməsi planlaşdırılır və hazırda Striklend döyüş üçün təklif edilən qonorarla razılaşmayıb.



