Yeni Kaledoniya və Fransız Polineziyası yığmaları Azərbaycana gəldi
Oktyabrın 22–30-da Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatı və festivalına Yeni Kaledoniya (Kanaki) və Fransız Polineziyası (Maʻohi Nui) komandaları da…

23 oktyabr 2026. Bakı — Oktyabrın 22–30-da Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalında iştirak edəcək Kanaki (Yeni Kaledoniya) və Maʻohi Nui (Fransız Polineziyası) milli komandalarının Azərbaycana gəldiyi bildirilib.
Bakı Təşəbbüs Qrupu sosial şəbəkələrdə "Sakit okeandan Azərbaycana - Futbol bizi birləşdirir!" adlı paylaşım edib və hər iki ərazinin gənc futbolçularına uğurlar arzulayıb. Qurumun paylaşımında bu səfərin gənclərə yeni dostluqlar, unudulmaz təcrübələr və xalqlarının mədəniyyətini tanıtmaq imkanı verəcəyi vurğulanıb.
Məlumatda futbolun təkcə idman növü olmadığı, gəncləri bir araya gətirən və müxtəlif mədəniyyətlər arasında körpü rolunu oynayan vasitə olduğu qeyd olunub.
Bildirilib ki, mundialda 189 ölkənin iştirakı və təxminən minə yaxın oyunun keçirilməsi gözlənilir. Turnirin oyunları oktyabrın 24–30-u arasında keçiriləcək.
Mənbə: GettoSport
Dünya çempionatı


