GETTOSPORT

Yevgeni Timçenko Azərbaycanın stolüstü tennisini yüksək qiymətləndirdi

Beynəlxalq Stolüstü Tennis Federasiyasının nümayəndəsi Yevgeni Timçenko Bakıda keçirilən seminardan məmnunluğunu bildirib və Azərbaycanın uğurlarını təsadüfi…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Yevgeni Timçenko seminar zamanı mikrofonda danışır
Foto: İdman.biz

Beynəlxalq Stolüstü Tennis Federasiyasının (ITTF) təmsilçisi Yevgeni Timçenko oktyabrın 9-da Bakıda keçirilən seminara münasibət bildirib və Azərbaycanın stolüstü tennis sahəsində son illərdə əldə etdiyi nəticələri yüksək qiymətləndirib. Timçenkonun fikətləri Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətində yer alıb.

Timçenko seminardan və təşkilatdan razılıq ifadə edib: “Azərbaycana gəlişimdən məmnunam. Seminar yüksək səviyyədə təşkil olunub. Buna görə Azərbaycan Stolüstü Tennis Federasiyasına təşəkkürümü bildirirəm. Təlimlərin uğurlu alınması üçün bütün lazımi şəraiti yaradıblar. Heç bir problemlə üzləşmədik.”

Mütəxəssis həmçinin məşqçilərin peşəkarlığını vurğulayıb və ölkənin nailiyyətlərini təsadüfi saymayacağını dilə gətirib: “Sevindirici məqamlardan biri də məşqçilərin peşəkarlığı oldu. Həqiqətən də yüksək səviyyəli mütəxəssislərdir. Onlarla çalışmaq olduqca maraqlı və zövqvericidir. Bir daha əmin oldum ki, son illərdə Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil. Bu gedişlə idmançılarınızın daha böyük nailiyyətlər qazanacağına inanıram.”

Qeyd edək ki, Bakıda oktyabrın 1-də başlayan seminar oktyabrın 10-da yekunlaşacaq.

Paylaş

Son xəbərlər