Zamiq Əliyevin milli komandadan kənarda qalması müzakirə doğurur
Albaniyanın "Eqnatya" klubunda çıxış edən azərbaycanlı legioner Zamiq Əliyevin milli komandaya dəvət almaması futbol ictimaiyyətində suallar doğurur.

Azərbaycan millisinin heyət seçimləri yenidən müzakirə obyektinə çevrilib. Geniş oyunçu seçimi olmayan yığmada əsas diqqətçəkən məqamlardan biri legioner həyatı yaşayan Zamiq Əliyevin uzun müddətdir milli komandaya dəvət almamasıdır.
Artıq üç mövsümdür xaricdə çıxış edən müdafiəçi Albaniyanın "Eqnatya" klubunun əsas heyət üzvüdür və bu müddətdə titullar qazanıb. O, komandanın heyətində ümumilikdə 85 oyuna çıxıb, sabit oyunu, həmçinin avrokubok təcrübəsi ilə seçilib.
Zamiqin yığmadan kənar qalması Fernando Santosun dövründən başlayıb və hazırkı mərhələdə də davam edir. Onun milli komandadakı son oyunu Azərbaycan və Belarus yoxlama matçına təsadüf edib. Həmin görüşdə 0:2 hesabıyla bitən qarşılaşmada futbolçu ikinci qoldan əvvəl səhvə yol verib və cəmi beş dəqiqə sonra əvəzlənərək birdəfəlik əsas komandadan kənarda qalıb.
Azərbaycan millisi


