Zbignyev Boniek: Pep Qvardiola futbolu öldürüb

UEFA-nın sabiq vitse-prezidenti Zbignyev Boniek Pep Qvardiolanın oyun üslubunu tənqid edərək onun futbolu öldürdüyünü bildirib.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Zbignyev Boniek tribunada matçı izləyərkən
Foto: Offsideplus.az

UEFA-nın sabiq vitse-prezidenti Zbignyev Boniek Pep Qvardiolanın futbola təsirindən və oyun üslubundan sərt danışıb. Bu barədə Offsideplus.az məlumat yayıb.

Qvardiolaya böyük hörmət bəslədiyini qeyd edən sabiq funksioner onun taktikasını tənqid edib: "O, futbolu öldürüb. Onun futbolu "sən mənə, mən sənə" prinsipi ilə qurulub. Sağ cinaha gedirik, sonra sola qayıdırıq və oyunun sonunda 1788 ötürmə edilir. Bu, mənim üçün maraqlı deyil".

Boniek irəli oynayan, hücuma can atan komandalara üstünlük verdiyini vurğulayıb. O, cari ildə "Latsio"nun oyununu bəyəndiyini, çünki bu komandanın vertikal futbol oynayıb risk etdiyini bildirib. Həmçinin "Frozinone" və "Roma"nın da eyni üslubda mübarizə apardığını qeyd edərək Mancini və ya Ermosonun tez-tez rəqibin cərimə meydanında göründüyünü xatırladıb.

Sabiq UEFA rəsmisi az ötürmə ilə, sadə və sürətli hücumlarla qola can atan futbolu sevdiyini deyərək əlavə edib: "Məncə, bu gün futbolda ləngliyə yer yoxdur. Yavaş oyunçular artıq lazım deyil. Geriyə ötürmə isə ümumiyyətlə futbolu öldürən amildir".

Mənbə: Offsideplus.az

Hazırladı: GettoSport

Paylaş
BU XƏBƏRDƏ

Son xəbərlər