Zidan Fransa millisinin pressinqindən narazı qaldı

Fransa millisinin baş məşqçisi Zinəddin Zidan Millətlər Liqasında Türkiyə üzərində qazanılan 2:1 hesablı qələbəni və komandanın çıxışını dəyərləndirib.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Fransa millisinin baş məşqçisi Zinəddin Zidan
Foto: Offsideplus.az

Fransa yığmasının baş məşqçisi Zinəddin Zidan UEFA Millətlər Liqasının qrup mərhələsində Türkiyəyə qarşı keçirilən oyunu və komandasının çıxışını dəyərləndirib. Qrup lideri kimi növbəti mərhələyə yüksələn fransızların baş məşqçisi hədəfə çatdıqlarını, lakin oyun planında müəyyən problemlərin olduğunu vurğulayıb. Bu barədə Offsideplus.az məlumat yayıb.

Zidan xüsusilə komandanın pressinqindən narazılığını dilə gətirib:

"Bizim əsas məqsədimiz pley-offa vəsiqə qazanmaq, mümkün olsa, qrupu birinci yerdə başa vurmaq idi. Amma oyunumuz bir qədər düşündürücüdür, xüsusilə də pressinq baxımından. Birinci hissədə nə mən, nə də futbolçular razı qaldıq. Pressinqdə istədiyimiz səviyyədə deyildik, rəqibə boşluqlar verdik. Fasilədə bəzi düzəlişlər etdik və ikinci hissədə daha yaxşı oynadıq. Hələ də üzərimizdə işləməliyik. Müdafiədə və ümumilikdə komanda şəklində pressinqdə problemlərimiz oldu. Bu, təkcə bir və ya iki futbolçu ilə bağlı deyil – hamımız birlikdə pressinq etməliyik".

Fransalı mütəxəssis fasilədən sonra oyunun istədikləri məcraya yönəldiyini bildirib:

"Topa sahib olmağı sevirik, bu, bizim üslubumuzdur. İkinci hissədə bunu daha yaxşı bacardıq və bunu davam etdirməliyik. Birinci hissədə imkanlarımız olsa da, inam və dəqiqlik çatışmadı. Əsas odur ki, imkanlar yaratdıq və iki qol vurduq. Fasilədə etdiyimiz dəyişikliklər yaxşı nəticə verdi. Futbolçuların səmimi şəkildə çalışdığını gördüm, bu da ən vacib məqamdır. İndi dörddəbir finaldakı rəqibimizi gözləyirik. Futbolçular klublarına qayıdır, biz isə bir qədər dincələcəyik. Məqsədimizə çatdıq, martda nə olacağını görəcəyik".

Noyabrın 15-də Türkiyəni 2:1 hesabı ilə məğlub edən Fransa millisi qrupu birinci pillədə başa vuraraq Millətlər Liqasının dörddəbir finalına yüksəlib.

Mənbə: Offsideplus.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər