Zlatan İbrahimoviç ad günündə 6,8 milyonluq Ferrari aldı
Milan klubunda yüksəksəviyyəli məsləhətçi Zlatan İbrahimoviç 45 yaşını qeyd edərkən 4 milyon dollarlıq (6,8 milyon manat) Ferrari F80 aldı.
GettoSport redaksiyası••1 dəq oxu

Futbol əfsanəsi Zlatan İbrahimoviç ad günü münasibətilə 4 milyon dollar (təxminən 6,8 milyon manat) dəyərində Ferrari F80 model avtomobil alıb. İsveç mətbuatı bu xəbəri yayıb.
İbrahimoviç yeni avtomobilinin videosunu öz Instagram səhifəsində paylaşaraq paylaşımına “Happy Birthday to Zlatan” başlığını yazıb. O, oktyabrın 3-ü 45 yaşını qeyd edib.
Zlatan hazırda Milan klubunda yüksəksəviyyəli məsləhətçi vəzifəsində çalışır.
Bu xəbərdə
Milan


