GETTOSPORT

Timur Turlov Bakıya gəlib və Mahir Məmmədovla görüşüb

FİDE-nin yeni prezidenti Timur Turlov Bakıya səfər edərək AŞF prezidenti Mahir Məmmədovla görüşüb. Mövzu şahmatın inkişafı və əməkdaşlıq perspektivləri olub.

GettoSport redaksiyası••1 dəq oxu
Timur Turlov və Mahir Məmmədov görüşdə əl sıxışır
Foto: Sportal.az

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) yeni seçilmiş prezidenti Timur Turlov Bakıya səfər edib və səfər çərçivəsində Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədovla görüşüb.

Görüş zamanı tərəflər Azərbaycanda şahmatın inkişafı, Bakının beynəlxalq turnirlərə ev sahibliyi təcrübəsi və FİDE ilə AŞF arasında əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Görüşün sonunda AŞF rəhbəri Mahir Məmmədov qonağa xatirə hədiyyəsi təqdim edib.

Xatırladıq ki, ötən ay Timur Turlov FİDE-nin yeni prezidenti seçilib, Mahir Məmmədov isə üçüncü dəfə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib.

Son xəbərlər