GETTOSPORT

Uğur Özdemir Sumqayıtın hədəflərini açıqladı

Sumqayıtın baş məşqçisi Uğur Özdemir Azərbaycan çempionatının ilk turunda NTD ilə oyundan və komandanın mövsüm hədəflərindən danışdı.

GettoSport redaksiyası••1 dəq oxu
Baş məşqçi Uğur Özdemir kamera qarşısında danışır
Foto: Sportinfo.az

Sumqayıtın baş məşqçisi Uğur Özdemir Azərbaycan çempionatının ilk turunda NTD ilə keçiriləcək oyuna hazırlıq və komandanın mövsüm hədəfləri barədə açıqlama verib.

Mütəxəssis klubun mətbuat xidmətinə bildirib ki, əsas məqsəd Sumqayıt şəhərini layiqincə təmsil edən komanda formalaşdırmaqdır və bu istiqamətdə çalışdıqlarını vurğulayıb.

Özdemir hazırlıqların bir qədər gec başladığını da etiraf edib və komanda tam hazır olduqdan sonra dəqiq hədəflərin müəyyən ediləcəyini söyləyib.

"Amma gündən-günə iddiamızı artırmaq üçün əlimizdən gələni edəcəyik. Mövsümün sonunda layiq olduğumuz yerdə qərarlaşmaq istəyirik."

Son xəbərlər