AMADA qazilərin övladları üçün bayram tədbiri keçirdi
AMADA-nın "10ların təbəssümü" layihəsi çərçivəsində 8 noyabr — Zəfər Günü münasibətilə qazilərin övladları üçün maarifləndirici və əyləncəli tədbir təşkil…

7 noyabr 2026 — Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) "10ların təbəssümü" layihəsi çərçivəsində 8 noyabr — Zəfər Günü münasibətilə qazilərin övladları üçün bayram tədbiri təşkil edib. Bu barədə Sportinfo.az məlumat yayıb.
Tədbirin açılış mərasimində agentliyin icraçı direktoru Təhminə Tağı-zadə çıxış edib. O, Zəfər Gününün xalqın qəhrəmanlığını, birliyini və milli qürurunu əks etdirən əlamətdar gün olduğunu qeyd edib.
Görüşdə iştirakçılara idmanda təmiz dəyərlər, dürüstlük və ədalət prinsipləri, həmçinin dopinqin və narkomaniyanın insan sağlamlığına, həyata və gələcəyə mənfi təsirləri barədə məlumat verilib. Təlimat və təqdimatlar vasitəsilə uşaqlarda sağlam həyat tərzi və fair-play ruhunun təbliği aparılıb.
Tədbirin əyləncəli hissəsində isə uşaqlar virtual reallıq (VR) dünyasına səyahət edərək maraqlı anlar yaşayıblar. Bu bölüm iştirakçılara həm əyləncə, həm də yeni texnologiyalarla tanışlıq imkanı yaradıb.
AMADA-nın mətbuat xidmətinin bildirdiyinə görə, layihənin məqsədi qazilərimizin ailə üzvlərinə dəstək göstərmək və gənc nəslə idmanda dürüstlük prinsiplərini aşılamadır.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport



