Anri bu klubun PL-də olmasından narazıdır
Fransa millisinin və “Arsenal”ın sabiq hücumçusu Tyerri Anri “Mançester Siti”nin maliyyə feyr-pley qaydalarını pozması ilə bağlı ittihamlara münasibət
GettoSport redaksiyası••1 dəq oxu

Fransa millisinin və “Arsenal”ın sabiq hücumçusu Tyerri Anri “Mançester Siti”nin maliyyə feyr-pley qaydalarını pozması ilə bağlı ittihamlara münasibət bildirib.
Anri klubun Premyer Liqada qalacağı təqdirdə bunun futbol tarixinin son 100 ilində ən ədalətsiz qərarlardan biri olacağını deyib.
“Hər hansı qərar “Mançester Siti”nin Premyer Liqada qalmasına imkan versə, bu, futbolun son 100 ilində ən ədalətsiz cəza olar. Gəlirləri şişirtmək, saxta müqavilələrdən istifadə etmək və maliyyə məlumatlarını düzgün təqdim etməmək yalnız futbolun zirvəsində qalmaq məqsədi daşıyırsa, bu, ədalətsizlikdir”.
Mançester Siti
Misli Premyer Liqa
Arsenal
Fransa millisi


