Araz-Naxçıvan Uypest matçının hakim təyinatları bəlli oldu
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində “Araz-Naxçıvan” və Macarıstanın “Uypest” komandaları arasında keçiriləcək matçın hakimləri açıqlanıb.

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci qrupunda mübarizə aparan “Araz-Naxçıvan” və Macarıstanın “Uypest” komandaları arasındakı qarşılaşmanın hakimləri müəyyənləşib.
Oktyabrın 27-də Polşanın Qlivitse şəhərində yerləşən “Prezero Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Görüşü idarə etmək üçün fransalı və latviyalı mütəxəssislər təyin olunublar. Matçın əsas ədalət təmsilçiləri Viktor Çeyx (Fransa), Sergey Saçmans (Latviya) və İqor Yaçevic (Latviya) olacaqlar.
Oyun zamanı digər rəsmi şəxslər də öz funksiyalarını yerinə yetirəcəklər:
- Dominik Lorke (Polşa) – timekeeper
- Sven Eyxler (Almaniya) – hakim-inspektor
- Marina Kirilyuk (Ukrayna) – UEFA nümayəndəsi
Mənbə: GettoSport
Araz-Naxçıvan
Çempionlar Liqası


