Arsen Venger Bakıda məşqçilərə master klass keçdi

FİFA-nın qlobal futbol inkişafı rəhbəri Arsen Venger 27 oktyabr 2026-da Bakıdakı Marriot otelində Premyer Liqa klublarının məşqçiləri üçün master klass təşkil…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Arsen Venger səhnədə-master klass zamanı Marriot otelində
Foto: Sportinfo.az

27 oktyabr 2026 — Bu gün Bakıda, Marriot otelində FİFA tərəfindən təşkil olunan master klassda Arsen Venger Azərbaycanın Premyer Liqasında çıxış edən klubların idarəçiləri, baş məşqçiləri və onların köməkçiləri ilə görüşüb. Seminar saat 11:00-da başlayıb.

Tədbirə milli komandalarımızın məşqçiləri də dəvət olunub. Venger dünya futbolunda baş verən son yeniliklər haqqında danışıb və öz peşəkar təcrübəsini iştirakçılarla bölüşüb.

Arsen Venger 1996–2018-ci illərdə Arsenal klubunu çalışdırıb və bu müddətdə üç dəfə İngiltərə çempionluğunu qazanıb. 2019-cu ildən o, FİFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri kimi fəaliyyət göstərir.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər