Azərbaycan Cüdo Federasiyası adaptiv cüdo üzrə kurs keçirdi

ACF-in təşkilatçılığı ilə Təlim-Məşq Mərkəzində Avropa Cüdo Birliyinin nümayəndəsi Marina Draşkoviçin rəhbərliyi ilə məşqçilər üçün adaptiv cüdo kursu…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Marina Draşkoviç və məşqçilər adaptiv cüdo məşqi zamanı
Foto: İdman.biz

29 oktyabr 2026 — Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Bakıdakı Milli komandaların Təlim-Məşq Mərkəzində məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilib.

Kursa Avropa Cüdo Birliyinin (EJU) adaptiv cüdo üzrə baş komissarı Marina Draşkoviç rəhbərlik edib. Təlimin əsas məqsədi məşqçilərin adaptiv cüdo sahəsində nəzəri biliklərini genişləndirmək, praktiki bacarıqlarını təkmilləşdirmək və peşəkar hazırlıq səviyyələrini yüksəltmək olub.

Kurs nəzəri və praktiki məşğələlərdən ibarət olub. Təlimdə ümumilikdə 18 məşqçi iştirak edib, praktiki sessiyalarda isə Azərbaycan Cüdo Federasiyasının adaptiv cüdo qrupunun üzvləri də yer alıblar.

Kursu uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər