GETTOSPORT

Azərbaycan cüdoçuları Bakıda ikinci günü medalsiz qurtardı

Bakıda keçirilən dünya çempionatının ikinci günündə Azərbaycan cüdoçuları Gültac Məmmədəliyeva daxil olmaqla medal şansını itirdi; kişilər 66 kq-də də uğursuz…

GettoSport redaksiyası••1 dəq oxu
Tatamidə yarışan Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva
Foto: İdman.biz

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci günündə Azərbaycan komandası medalsız qaldı. Yarışın qadınlar 52 kq və kişilər 66 kq çəkiləri üzrə görüşləri baş tutub.

Qadınlarda 52 kq təmsilçimiz Gültac Məmmədəliyeva əvvəlcə 1/16 finalda İsrail idmançısı Gefen Primoya qalib gəlib, 1/8 finalda Avstraliya təmsilçisi Tinka Eastonu məğlub edərək 1/4 finala yüksəlib. 1/4 finalda italiyalı Odette Qıuffridaya uduzan Məmmədəliyeva təsəlliverici görüşdə monqolustanlı Uranzaya Bayanmunxaya məğlub olaraq medal şansını itirib.

Kişilər 66 kq-də isə üç Azərbaycan cüdoçusu yarışdan kənarlaşıb. Nizami İmranov 1/16 finalda rusiyalı Ramazan Abdullayevə yenilib. Turan Bayramov 1/32 finalda finlandiyalı Luukas Sahaya məğlub olub. Ruslan Paşayev 1/16 finalda Türkmənistan təmsilçisi Serdar Rahimovu vaza-ari ilə məğlub edib, lakin 1/8 finalda italiyalı Valerio Akkoliyə uduzaraq mübarizəni dayandırıb.

Qeyd olunur ki, dünya çempionatı oktyabrın 11-də yekunlaşacaq. Çempionatın ilk günü Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) qızıl medal qazanaraq dünya çempionu olmuşdu.

Bu xəbərdə

Son xəbərlər