Azərbaycan cüdoçuları DÇ-də ilk rəqiblərini öyrəndi

Daşkənddə keçirilən püşkatmaya görə Azərbaycan 14 gənc cüdoçu ilə dünya çempionatında 10 çəki üzrə ilk rəqiblərini müəyyənləşdirib. Fərdi yarışlar 19–21…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Azərbaycan gənc cüdoçuları püşkatma sonrası turnir cədvəli
Foto: Sportinfo.az

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən püşkatma nəticəsində Azərbaycan gənc cüdoçularının dünya çempionatında ilk rəqibləri müəyyənləşib. Yarışlar 19–22 noyabr tarixlərində təşkil ediləcək, fərdi yarışlar isə noyabrın 19–21-də baş tutacaq. Bu barədə Sportinfo.az məlumat yayıb.

Azərbaycanı mundialda 10 çəki dərəcəsində 14 idmançı təmsil edəcək: 9 oğlan və 5 qız.

Püşkatmaya əsasən Azərbaycan cüdoçularının ilk rəqibləri belədir:

  • Qızlar -48 kq, 1/16 final: Nərgiz Əhmədova – Maria Valensiya (Çili)
  • Qızlar -52 kq, 1/16 final: Aysun Məmmədova – Rima Burihan (Kanada)
  • Qızlar -57 kq, 1/16 final: Xədicə Qədəşova – qalib (Selin Bestav, Türkiyə / Nino Xaraişvili, Gürcüstan)
  • Qızlar -57 kq: Vüsalə Hacıyeva – Nika Tomts (Sloveniya)
  • Qızlar -63 kq, 1/16 final: Hanna Zaytseva – Mariam Natelauri (Gürcüstan)
  • Oğlanlar -60 kq, 1/16 final: Ayxan Mirzəzadə – qalib (Gavreil Şanran Lu E Xan, Honkonq / Stratos Xaralampus, Kipr)
  • Oğlanlar -66 kq, 1/16 final: Məhəmməd Musayev – qalib (Maqni Lauritsen, Danimarka / Yun Vinq Yat, Honkonq)
  • Oğlanlar -81 kq, 1/32 final: Mehdi Abbasov – Edoardo Mikele Russo (İtaliya)
  • Oğlanlar -81 kq: Cəsur İbadlı – Anas Buqammaz (Küveyt)
  • Oğlanlar -90 kq, 1/16 final: Süleyman Şükürov – qalib (Nikolas Zadvinski, ABŞ / İnomjon Baxodirov, Özbəkistan)
  • Oğlanlar -90 kq, 1/32 final: Aslan Kotsoyev – Dilşod Naşirov (Özbəkistan)
  • Oğlanlar -100 kq, 1/16 final: Davud Namazlı – Fadil Məhəmməd İsmaqombetov (Qırğızıstan)
  • Oğlanlar -100 kq, 1/32 final: Canpolad Əliyev – İvan Harmaş (Ukrayna)
  • Oğlanlar +100 kq, 1/16 final: Ramazan Əhmədov – Temuulen Munxçuluun (Monqolustan)

Mundialda ümumilikdə 78 ölkədən 574 idmançı iştirak edir.

Mənbə: Sportinfo.az

Hazırladı: GettoSport

Paylaş
BU XƏBƏRDƏ

Son xəbərlər