Azərbaycan futzal millisi Lənkəranda toplanışa başladı
Azərbaycan futzal millisi Lənkəranda təlim-məşq toplanışına start verib. Komanda 5 noyabrda Lənkəranda Çexiya ilə FIFA 2028 təsnifat matçı oynayacaq.

2 noyabr 2026 — Azərbaycan futzal üzrə milli komandası növbəti sınaq öncəsi hazırlıqlara start verib və təlim-məşq toplanışını Lənkəranda keçirir. Bu barədə Offsideplus.az məlumat yayıb.
Millimiz noyabrın 5-də Lənkəranda Çexiya seçməsi ilə üz-üzə gələcək. Həmin qarşılaşma FIFA 2028 Futzal Dünya Çempionatının əsas təsnifat mərhələsinin qrup oyunları çərçivəsində keçiriləcək.
Komandanın Lənkərandakı ilk məşqlərindən fotolar təqdim olunub.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
BU XƏBƏRDƏ
Azərbaycan millisi
Dünya çempionatı


