Azərbaycan millisi Lixtenşteynlə qolsuz heç-heçə etdi
Azərbaycan milli komandası UEFA Millətlər Liqasında Lixtenşteyn yığması ilə qolsuz bərabərliyə imza atıb.
GettoSport redaksiyası••1 dəq oxu

Azərbaycan milli komandası UEFA Millətlər Liqası D Divizionunun 2-ci qrupunun III turu çərçivəsində Bakıda Lixtenşteyn yığmasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Matçı avstriyalı hakim Kristian-Petru Çioxirka idarə edib. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv meydana aşağıdakı heyətlə çıxıb:
- Azərbaycan: 1. Emil Balayev, 19. Tellur Mütəllimov, 14. Elvin Bədəlov, 5. Anton Krivotsyuk, 7. Toral Bayramov, 6. Abdulah Xaybullayev, 8. Emin Mahmudov (k), 21. Rəhim Sadıxov, 10. Mahir Emreli, 17. Vüsal İsgəndərli, 9. Musa Qurbanlı
Qeyd edək ki, yığmamız bundan əvvəlki matçda səfərdə Litva ilə heç-heçə etmişdi. Lixtenşteyn isə ilk oyununda həmin rəqibə evdə 0:2 hesabıyla məğlub olmuşdu.
Azərbaycan millisi
Millətlər Liqası
Mahir Emreli
Ayxan Abbasov
Emin Mahmudov
Toral Bayramov
Emil Balayev
Musa Qurbanlı
Anton Krivotsyuk
Rəhim Sadıxov
Vüsal İsgəndərli
Tellur Mütəllimov


