Azərbaycan qadın millisi İrlandiyaya qarşı çıxır

14 noyabr 2026 — FIBA Avropa Çempionatı 2029-un ilkin təsnifat mərhələsində Azərbaycan qadın basketbol millisi Bakıdakı Millı Gimnastika Arenasında İrlandiya…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Azərbaycan qadın basketbol millisi Milli Gimnastika Arenasında hazırlıq zamanı
Foto: Sportal.az

14 noyabr 2026 — FIBA Avropa Çempionatı 2029-un ilkin təsnifat mərhələsində Azərbaycan qadın basketbol milli komandası bu gün Bakıdakı Milli Gimnastika Arenasında İrlandiya ilə qarşılaşacaq. Oyuna start saat 14:00-da veriləcək və qarşılaşma İdman TV kanalından canlı yayımlanacaq. Bu barədə Sportal.az və Sportinfo.az məlumat yayıb.

Yunanıstanlı baş məşqçi İoannis Dimantakosun rəhbərlik etdiyi komanda A qrupunda mübarizə aparır. Azərbaycan millisi qrupdakı ilk oyununu 11 noyabr 2026-də İsveçrəyə qarşı keçirmiş və 33:84 hesabı ilə məğlub olmuşdu.

Komandamızın növbəti görüşü 17 noyabr 2026-da Bakı vaxtı ilə saat 23:30-da səfərdə İslandiya millisinə qarşı olacaq.

Mənbə: Sportal.az, Sportinfo.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər