Azərbaycan U-15 boks yığması Trabzonda 10 medalla tamamladı
Azərbaycan U-15 boks üzrə millisi Türkiyənin Trabzon şəhərində keçirilən Avropa çempionatını bir qızıl, üç gümüş və altı bürünc olmaqla 10 medalla başa vurub.

26 oktyabr 2026 — Azərbaycan U-15 boks üzrə yığması Türkiyənin Trabzon şəhərində keçirilən Avropa çempionatını 10 medalla başa vurub. Azərbaycan Boks Federasiyası bununla bağlı məlumat yayıb.
Yığmanın üzvü Teymur Tanrıverdiyev (90 kq) final görüşündə Rumıniyalı Riçard Ovidiuya qarşı 5:0 hesabı ilə qalib gələrək çempionluq titulunu əldə edib. Hakim rəyindəki xallar 30:27, 29:28, 30:27, 30:27, 30:27 olub.
Turnirdə Azərbaycan komandası üç gümüş və altı bürünc medal qazanıb. Gümüş medala layiq görülənlər:
- Sənan Nəsibli (52 kq)
- Yusif Əli (57 kq)
- Sərxan Haxverdiyev (70 kq)
Bürünc medalların sahibləri isə aşağıdakılardır:
- Nuray Qafarova (50 kq)
- Ələkbər Məmmədli (44 kq)
- Gülay Ocaqova (57 kq)
- Sadiq Xəlilov (54 kq)
- Sunay Əzimov (60 kq)
- Rafael Abbasov (66 kq)
Mənbə: GettoSport
BU XƏBƏRDƏ
Avropa çempionatı


