Azərbaycan U-15 iki oyunda 1 məğlubiyyət, 1 qələbə qazandı
Hövsan Yarış Kompleksində keçirilən FIFA U-15 Dünya Çempionatının beşinci günündə Azərbaycan yığması Çilidən 1:3 hesabı ilə uduzub, Cəbəllütariqi 5:1 məğlub…

29 oktyabr 2026 — Hövsan Yarış Kompleksində keçirilən FIFA U-15 Dünya Çempionatının beşinci günündə Azərbaycan U-15 millisinin iki qarşılaşması baş tutub. Günün ilk oyununda yığmamız Çili ilə üz-üzə gəlib və 1:3 hesabı ilə uduzub, axşam matçında isə Cəbəllütariqi 5:1 hesabı ilə məğlub edib.
Həlledici oyunlar zamanı AFFA prezidenti Rövşən Nəcəf, FIFA prezidenti Canni İnfantino və Hakimlər Komitəsinin sədri Pierluici Kollina kompleksi ziyarət edərək matçları izləyib və futbolçularla söhbət ediblər.
Turnir çərçivəsində ümumilikdə 192 matç keçirilib. FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 oktyabrın 30-da Bakı Kristal Zalında keçiriləcək altı final qarşılaşması ilə yekunlaşacaq.
Mənbə: GettoSport
Dünya çempionatı
Azərbaycan millisi


