GETTOSPORT

Azərbaycanın 23 güləşçisi U-23 dünya çempionatında yarışacaq

Oktyabrın 12–18-də Las Veqasda keçiriləcək U-23 dünya çempionatında Azərbaycanı 23 pəhləvan təmsil edəcək; yarışın vaxtları və heyət açıqlanıb.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
U-23 dünya çempionatı üçün yığma komandanın güləşçiləri məşqdə
Foto: İdman.biz

7 oktyabr 2026 — Oktyabrın 12–18-də ABŞ-ın Las Veqas şəhərində keçiriləcək U-23 dünya çempionatında Azərbaycanı 23 güləşçi təmsil edəcək.

Heyət və cədvəl

Yunan-roma güləşi komandası çempionatın ilk günlərində xalçaya çıxacaq. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçilər Rövşən Bayramov ilə Sabah Şəriətinin rəhbərliyi altında 55 kq-dan 130 kq-a qədər on pəhləvan - Fərid Sadıxlı (55 kq), Elmir Əliyev (60 kq), Ayxan Cavadov (63 kq), Məhəmməd Şükürzadə (67 kq), Fərid Xəlilov (72 kq), Ruslan Nurullayev (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), İsmayıl Rzayev (97 kq) və Məzaim Mərdanov (130 kq) mübarizə aparacaqlar.

Daha sonra qadın güləşçilər meydana çıxacaq. Baş məşqçi əvəzi Toğrul Əsgərovun rəhbərliyi altında Nərgiz Səmədova (53 kq), Gültəkin Şirinova (55 kq) və Günay Qurbanova (59 kq) ölkəmizi təmsil edəcəklər.

Çempionatın son günlərində sərbəst güləşçilər yarışacaq. Böyük məşqçi Cəbrayıl Həsənovun və məşqçilər Taymuraz Salkazanovla Şərif Şərifovun rəhbərliyi altında Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Elcan İsmayılzadə (79 kq), Səbuhi Əmiraslanov (86 kq), Anar Cəfərli (92 kq), Zəfər Əliyev (97 kq) və Xetaq Karsanov (125 kq) iştirak edəcəklər.

Gündüz seanslarının qarşılaşmaları Bakı vaxtı ilə saat 21:30-da, axşam seanslarının görüşləri isə 04:45-də başlayacaq.

Turnirdə I-S dərəcəli hakim Bəşir İsazadə və I dərəcəli referi Əli Babayev ədaləti qoruyacaqlar.

Paylaş
Bu xəbərdə

Son xəbərlər