Bakıda futbol üzrə dünya çempionatına yekun vuruldu
Bakı Kristal Zalında futbol üzrə dünya çempionatı və festivalının təntənəli bağlanış mərasimi keçirilib, bədii proqram təqdim olunub.

Oktyabrın 30-da Bakıda futbol üzrə dünya çempionatı və festivalının bağlanış mərasimi baş tutub. Bu barədə Sportinfo.az məlumat yayıb.
Bakı Kristal Zalında təşkil olunan tədbir zəngin bədii proqramla yadda qalıb. Milli geyimli rəqqaslar müxtəlif kompozisiyalarla səhnə alıblar, eləcə də çoxsaylı ifaçıların iştirakı ilə kütləvi rəqs nömrələri və rəngarəng səhnə performansları nümayiş etdirilib.
Xatırladaq ki, tarixən ilk dəfə təşkil edilən bu turnir dünyanın müxtəlif ölkələrindən gənc futbol istedadlarını paytaxtımızda bir araya toplayıb. Yarışda FIFA-ya üzv 189 milli assosiasiyanın nümayəndələri mübarizə aparıblar. Turnirin əsas mükafatı uğrunda Çexiya və İspaniya yığmaları qarşılaşırlar. A yolunun final matçı da mərasimin keçirildiyi gün Bakı Kristal Zalında saat 18:00-da başlayıb.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport
Dünya çempionatı


