Bakıda yanğın-xilasetmə idmanı üzrə dünya çempionatı
Bakıda yanğın-xilasetmə idmanı üzrə kişilər arasında XXI və qadınlar arasında XII dünya çempionatının açılış mərasimi keçirilib.

Noyabrın 5-də Bakıda yanğın-xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında isə XII dünya çempionatının açılış mərasimi baş tutub. Tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycanın qlobal miqyasda nüfuzlu idman mərkəzinə çevrildiyini vurğulayıb. Bu barədə Sportinfo.az məlumat yayıb.
Nazir bildirib ki, ölkədə yaradılan müasir idman infrastrukturu və idmana göstərilən dövlət qayğısı sayəsində Azərbaycan bir çox mötəbər yarışlara ev sahibliyi edir. Kəmaləddin Heydərov qeyd edib ki, bu dünya çempionatı iştirakçılar üçün təcrübə mübadiləsi və peşəkar əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm platformadır.
Kəmaləddin Heydərovun sözlərinə görə, yarışın həm kişilər, həm də qadınlar arasında keçirilməsi bu idman növünün beynəlxalq səviyyədə inkişafına, eləcə də xilasedici peşəsinin nüfuzunun yüksəlməsinə və sağlam həyat tərzinin təbliğinə töhfə verəcək: "Əminəm ki, qarşıdakı yarışlar yüksək idman ustalığının, ədalətli mübarizənin və qarşılıqlı hörmətin parlaq nümunəsinə çevriləcək".
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport
Dünya çempionatı


