Barselona 2026/27 mövsümü üçün büdcəsini müəyyənləşdirib

Kataloniya təmsilçisi Barselona 2026/27 mövsümü üçün maliyyə planlarını və transfer büdcəsini ictimaiyyətə açıqlayıb.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Barselona klubunun loqosu və basketbol meydançası
Foto: Offsideplus.az

Kataloniyanın Barselona klubu 2026/27 mövsümünə aid maliyyə göstəricilərini rəsmən elan edib. Klubun illik büdcəsi 45 milyon avro həcmində müəyyənləşdirilib. Bu məbləğin 36 milyon avrosu vergilər daxil olmaqla oyunçu maaşlarına ayrılıb ki, bu da xalis şəkildə təxminən 16 milyon avroya bərabərdir. Müqayisə üçün qeyd edək ki, ötən mövsüm futbolçulara ödənilən xalis məbləğ 14,5 milyon avro təşkil etmişdi. Bu barədə Offsideplus.az məlumat yayıb.

Prezident Joan Laporta və idarə heyəti heyətin gücləndirilməsi üçün əlavə olaraq 4,5 milyon avro vəsaitin ayrılmasına qərar verib. Bunun təxminən 2,25 milyon avrosu xalis transfer büdcəsi kimi nəzərdə tutulub. Klub rəhbərliyi daha əvvəl Mouses Raytla danışıqlarda uğursuzluqla üzləşib, ardından Nik Riçardsı heyətinə qatmağa çalışsa da, basketbolçu Mayami Hit ilə müqavilə imzalamağa üstünlük verib.

Hazırda Barselona rəhbərliyi ayrılmış vəsaiti əsasən heyətdə yarana biləcək gözlənilməz zədələr zamanı ehtiyat plan kimi istifadə etməyi düşünür. Buna baxmayaraq, klubun əsas hədəfi NBA-dən mərkəz mövqeyində çıxış edən yeni oyunçunun transfer edilməsidir. Qeyd edək ki, hazırda EuroLeague-də ən yüksək büdcəyə sahib olan klub Hapoeldir, Panatinaikos və Real Madrid isə siyahıda ilk üçlükdə qərarlaşıb.

Mənbə: Offsideplus.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər