Real Madrid TV hakimləri La Liqada qərəzdə ittiham etdi
Real Madrid-in rəsmi televiziyası El-Klasiko öncəsi La Liqa hakimlərinin qərarlarını kataloniyalıların xeyrinə olduğunu iddia edib; oyunun başlanma vaxtı Bakı…

Real Madrid-in rəsmi televiziyası El-Klasiko öncəsi La Liqa hakimlərini qərəzli olmaqda ittiham edib. Verilişdə qarşılaşmanın baş hakimi Xuan Martines Munuera və VAR üzrə məsul İqlesias Vilyanueva xüsusi tənqid obyektinə çevrilib.
Real Madrid TV aparıcıları bildirib ki, son illərin yüzlərlə oyununu təhlil edərək əldə etdikləri məlumatlar və statistik göstəricilər göstərir: İspaniya hakimləri “Barcelona” üçün daha sərfəli, “Real Madrid” üçün isə daha sərt qərarlar verməyə meyllidirlər. Yayım zamanı konkret hakimlərin keçmişdəki qərarları analiz olunub.
Qeyd edək ki, La Liqanın 10-cu turu çərçivəsində keçiriləcək “Barcelona” – “Real Madrid” görüşü Bakı vaxtı ilə 25 oktyabr 2026-cı il, saat 23:59-da “Kamp Nou”da başlanacaq. Matç ərəfəsində turnir cədvəlinə “Barcelona” 27 xalla liderlik edir, “Real Madrid” isə 21 xalla üçüncü pillədədir.
Real Madrid TV-nin yayımı El-Klasiko öncəsi hakimliklə bağlı müzakirələri yenidən gündəmə gətirib və hakim qərarlarının ədalətliliyi mövzusunda suallar yaradıb.
Mənbə: GettoSport
Real Madrid
La Liqa
Barselona


