Barselona Bakıya 474 azarkeşlə səfər edəcək
Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək Sabah—Barselona matçında kataloniyalıların 474 azarkeşi komandanı dəstəkləmək üçün gələcək.

23 noyabr 2026 — Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Çempionlar Liqasının Sabah—Barselona oyununda kataloniyalıların 474 azarkeşi Bakıya gələcək. Bu barədə Offsideplus.az məlumat yayıb.
Klubun açıqlamasına görə, səfər edəcək azarkeşlərdən 268 nəfəri Barselona klubunun rəsmi üzvləri, 206 nəfəri isə azarkeş dərnəklərinin nümayəndələridir. Ümumilikdə dünyanın 41 məşhur azarkeş klubundan olan tərəfdarlar Bakı tribunasını dolduracaqlar.
Bu, Barselona peşəkar komandasının rəsmi oyun çərçivəsində Azərbaycana ilk səfəri olacaq.
Bakıda səfərdə olan azarkeşləri yerli Peña Barcelonista Bakú qarşılayacaq. 2017-ci ildən rəsmi statusu olan və 400-dən çox qeydiyyatdan keçmiş üzvü olan bu dərnək Qafqaz regionunda yeganə rəsmi Barselona azarkeş klubu sayılır.
Bundan əlavə, Bağdad və Təl-Əviv azarkeş klublarından ümumilikdə 18 nəfər, həmçinin Paris və Poznan dərnəklərinin nümayəndələri komandaya dəstək vermək üçün Bakıya gələcəklər.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
Barselona
Çempionlar Liqası


