Barselona üçün Bakıda 50 min bilet satıldı
Çempionlar Liqasının V turu çərçivəsində noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək Sabah–Barselona matçı üçün indiyədək 50 min bilet satılıb.

17 noyabr 2026. Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsindəki Sabah–Barselona oyunu üçün indiyədək 50 min bilet satıldığı açıqlanıb. Bu barədə Sportinfo.az məlumat yayıb.
Paketi satışlar da daxil olmaqla qeyd olunan sayda bilet satışının reallaşdığı bildirilib. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Çempionlar Liqasının əsas mərhələsində dörd turdan sonra kataloniyalılar 9 xalla turnir cədvəlinin beşinci, Sabah isə 3 xalla 31-ci pillədə qərarlaşıb.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport
BU XƏBƏRDƏ
Barselona
Çempionlar Liqası


