Bilalhəbaşi Nəzərov ardıcıl üçüncü dəfə Avropa çempionu oldu
Bilalhəbaşi Nəzərov 25 noyabr 2026-cı il Poreçdə U-23 Avropa çempionatının 50 kq finalında Türkiyənin Tevfik Akkasını məğlub edərək ardıcıl üçüncü dəfə qitə…

25 noyabr 2026 — Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatının 50 kq çəki dərəcəsində finalda Türkiyəli Tevfik Akkası məğlub edərək ardıcıl üçüncü dəfə Avropa çempionu oldu. Bu barədə Sportinfo.az məlumat yayıb.
Yığmanın lideri final görüşünü hakimlərin yekdil qərarı ilə 5:0 hesabı (29:28, 29:27, 30:25, 30:27, 29:26) qazandı. 19 yaşlı boksçu bununla gənclər arasında Azərbaycan adına yeni rekord qoydu — ardıcıl üçüncü dəfə qitənin ən güclüsü adını əldə etdi.
Nəzərov daha əvvəl 2024-cü ildə məhz Poreçdə, bir il sonra isə Ostravada Avropa çempionluğunu qazanmışdı.
Yarışda millimizin medallarının sayı üçə çatıb: Zidan Hünbətov (55 kq) və Məhəmmədəli Aşırəliyev (60 kq) bürünc mükafata layiq görülüb. Turnirdə 39 ölkədən 276 boksçu iştirak edir.
Həmçinin xəbər verilir ki, bu gün Nicat Alırzayev (70 kq) də final döyüşünə çıxacaq.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport
Avropa çempionatı
Azərbaycan millisi


