Sabah - Barselona oyunu səbəbindən 18 marşrut dəyişdi
25 noyabr 2026-da Bakı Olimpiya Stadionunda keçiriləcək Sabah - Barselona matçı ilə əlaqədar Milli Həmrəylik küçəsində məhdudiyyət tətbiq ediləcək; 18 avtobus…

25 noyabr 2026, Çərşənbə. Çempionlar Liqasının V turunda Bakı Olimpiya Stadionunda keçiriləcək Sabah - Barselona oyunu ilə əlaqədar paytaxtda nəqliyyatın hərəkətində məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə Sportinfo.az məlumat yayıb.
Məhdudiyyət səbəbindən 24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Avtobusların Sabunçu yol qovşağı istiqamətinə hərəkəti Milli Həmrəylik küçəsinin kənar yolu, Ziya Bünyadov və Heydər Əliyev prospektləri vasitəsilə; Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi istiqaməti üzrə isə Heydər Əliyev prospekti ilə təşkil olunacaq.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Dörd turdan sonra Barselona 9 xalla turnir cədvəlində beşinci, Sabah isə 3 xalla 31-ci pillədə qərarlaşıb.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport
Barselona
Çempionlar Liqası


