Borussiya Dortmund meneceri qələbəni şirin adlandırdı

28 oktyabr 2026 — Dortmundun idman meneceri Nils-Ole Buk Çempionlar Liqası qrup mərhələsinin 3-cü turunda Bakıda əldə olunan qələbəni "şirin nəticə" saydı.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Borussiya Dortmund idman meneceri Nils-Ole Buk mətbuat konfransında
Foto: Sportinfo.az

28 oktyabr 2026 — Dortmund "Borussiya"sının idman meneceri Nils-Ole Buk Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda Azərbaycan çempionu "Sabah" üzərində qazanılan 2:1 hesablı qələbəni "şirin nəticə" adlandırıb.

Buk səfərin təxminən 5 saat sürməsinin qazandığı üç xalı daha xüsusi etdiyini vurğulayıb: “Bu qədər uzağa səfər etdiyiniz zaman təkcə bizim deyil, azarkeşlər üçün də 3 xal qazanmaq daha xoş olur. Bu 3 xal bizim üçün çox vacib idi, xüsusilə də Norveçdəki məğlubiyyətdən sonra. Əlbəttə, üç qələbəsiz matçın ardından qalib gəlmək xoş hissdir”.

O, komandanın daha böyükhesablı qələbə qazana biləcəyini də qeyd edib: “Komanda daha amansız olsaydı, futbolçular özlərini rahat vəziyyətə sala bilərdilər. Digər tərəfdən, futbolu necə oynamağımız baxımından əhəmiyyətli bir addım atdıq”.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər